AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 6

Abstract

Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məqsədlər üçün tərk edirsə, bu zaman o, və ya onlar turist olur. Hər hansısa bir bölgədə turizmin inkişafı üçün öncə siyasi və iqtisadi sabitlik olmalıdır. Bundan başqa, turistləri cəlb etmək üçün təbii amillərlə yanaşı, antropogen amillər də önəmlidir. Təbii amillərə ekoloji, təbii-coğrafi amillər daxildir. Antropogen amillər dedikdə isə tarixi abidələr, muzeylər, həmçinin əyləncə məkanları, kafe və restoranlar, mehmanxanalar və s. kimi turizm obyektləri nəzərdə tutulur. Məhz bu restoranların, kafelərin, mehmanxanaların, əyləncə məkanlarının bəziləri françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirlər. Françayzinq fəaliyyəti son dövrlərdə getdikcə daha geniş vüsət almışdır. Dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılmış olan françayzinq turizm sahəsində, yəni xidmət sektorunda ölkənin təcrübəsi olduqca məhduddur. Dünyadakı bir çox şirkətlərin ölkə ərazisində fəaliyyət göstərməsi turist axınına, şübhəsiz ki, müsbət təsir göstərir. Bu da, öz növbəsində, ölkənin və əhalinin gəlirlərinin artmasına və iqtisadi artıma gətirib çıxarır. Respublika turizm sahəsinin inkişaf etdirilməsində olduqca maraqlıdır. Hər nə qədər bu sahədə ciddi boşluqlar mövcud olsa da, dünya təcrübəsindən istifadə və onların tətbiqi vacibdir. Ölkədə françayzinq fəaliyyətinin inkişafı turizm sektorunu inkişaf etdirmək istəyən respublikanın diqqət mərkəzində olmalıdır.

Authors and Affiliations

Elvin Nəcəfquluzadə

Keywords

Related Articles

Farmakonəzarət haqqında ümumi məlumat

Farmakonəzarət, dərman vasitələrinin təhlükəsizliyi və effektivliyinin monitorinqini təmin edən sistematik bir prosesdir. Əhalinin təhlükəsiz və effektiv dərmanlara çıxışının təmin edilməsi, eləcə də istehsalçıların farm...

UNLOCKING THE POTENTIAL: STRATEGIES FOR BOOSTING FOREIGN DIRECT INVESTMENT

Abstract This article explores the multifaceted strategies nations can employ to enhance their attractiveness to foreign direct investment (FDI). It analyzes global trends, identifies challenges and opportunities, and...

COCA-COLA VƏ AZERCELL NÜMUNƏSİNDƏ ŞƏXSİ SATIŞ VƏ SATIŞ TƏŞVİQİNİN MÜQAYİSƏLİ ANALİZİ

Xülasə Şəxsi satış və satışın təşviqi iş dünyasında ən çox istifadə edilən marketinq kommunikasiyası alətlərindən ikisidir. Şəxsi satış, fərdiləşdirilmiş məhsul və ya xidmətlər təklif edən şirkətlər üçün yüksək təsirl...

Dil tədrisində istifadə olunan ən son informasiyalar

İngilis dilinin tədrisində istifadə olunan ən son məlumatlar və metodlar, texnologiyanın və tədris yanaşmalarının inkişafı ilə əlaqəli olaraq dəyişir. Müasir dil tədrisi, rəqəmsal texnologiyaların daha geniş istifadə e...

Azərbaycan musiqişünaslığının araşdırılmasında Leopold və Mstislav Rostropoviçlərin xatirə ev muzeyinin rolu

Azərbaycan musiqisinin inkişafına bir çox görkəmli şəxsiyyətlərin əhəmiyyətli təsiri olmuşdur ki, onların arasında Leopold və Mstislav Rostropoviçlər də əsas rol oynamışlar. Onların təsiri həm dünya, həm də Azərbaycan...

Download PDF file
  • EP ID EP747723
  • DOI 10.36719/2663-4619/103/76-82
  • Views 107
  • Downloads 0

How To Cite

Elvin Nəcəfquluzadə (2024). AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI. Scientific Work, 18(6), -. https://www.europub.co.uk/articles/-A-747723