Azərbaycanın müdafiə potensialında nəqliyyat faktorunun rolu

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 2

Abstract

Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsində nəqliyyat sektoru strateji əhə­miyyət daşıyır. Bu mövzu çərçivəsində ölkənin müdafiə qabiliyyətinə nəqliyyat infrastrukturunun təsiri, hərbi-logistik əməliyyatların effektivliyi üçün nəqliyyat vasitələrinin və infrastrukturunun uyğunlaşdırılması məsələləri tədqiq edilir. Nəqliyyat şəbəkəsinin inkişafı, xüsusilə də dəmir yolu və avtomobil yollarının müasir tələblərə cavab verməsi, həm daxili, həm də regional təhlükəsizlikdə vacib rol oynayır. Əsas diqqət Azərbaycanın coğrafi mövqeyindən, tranzit potensialından və logistik imkanlarından istifadəyə yönəldilir. Məqalədə hərbi nəqliyyatın planlaşdırılması və təşkilinin mü­dafiə strategiyasında oynadığı rol, həmçinin müasir texnologiyaların tətbiqi ilə müdafiə sektorunda nəqliyyat resurslarının optimallaşdırılması yolları nəzərdən keçirilir. Eyni zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində nəqliyyat və logistik imkanların inkişafı müdafiə potensialının güclən­dirilməsi üçün əhəmiyyətli mexanizm kimi qiymətləndirilir. Təklif edilən yanaşmalar Azərbaycanın müdafiə sektorunun müasir tələblərə uyğun inkişafına töhfə verməyi hədəfləyir.

Authors and Affiliations

Asəf Əliyev, Yadulla Həziyev, Səyyad Vəliyev, Şahin Əliyev

Keywords

Related Articles

İnnovativ idarəetmə alətlərinə sistemli yanaşma

Məqalədə müasir idarəetmə alətlərindən olan süni intellekt (AI), böyük verilənlər (big data) və blockchain texnologiyalarının idarəetmə sahəsindəki rolu və tətbiqləri müzakirə edilir. Süni intellektin təşkilatların str...

RANSOMWARE HÜCUMLARI VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA TƏKLİF OLUNAN MÜDAFİƏ STRATEGİYALARI

Xülasə Ransomware hücumları qlobal miqyasda olduğu kimi Azərbaycanda da həm müəssisələr, həm də fiziki şəxslər üçün ciddi təhlükə yaradır. Bu problemi həll etmək üçün araşdırmalara və müdafiə taktikalarının hazırlanma...

DAXİLİ TURİZM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN DÖVLƏT TƏDBİRLƏRİ VƏ PROQRAMLARI

Xülasə Tədqiqatın məqsədi: Məqsəd, axili turizm bazarını gücləndirmək üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri və proqramları qiymətləndirmək və təhlil etməkdir. Yerli turizmin təşviqinə yönəlmiş ma...

Respublikamızda məktəb yaşında öyrənməyi öyrənmək şəriştəsinin formalaşmasının psixoloji-pedaqoji imkanlarının təsnifatı

Məqalə ümumi təhsil müəssisələrdə öyrənməyi öyrənmək səriştələrini şəxsi və peşəkar inkişaf üçün əhəmiyyətli dərəcədə faydalı olan ömür boyu öyrənmə bacarıqları ilə birləşdirir və təsvir edir. Məqalənin məqsədi Azərbay...

DIGITAL LEARNING INNOVATIONS

Abstract In recent years, there has been a lot of focus on digital learning, which is being used more and more to replace in-person instruction and distant learning. This essay describes digital learning at the outset...

Download PDF file
  • EP ID EP760727
  • DOI 10.36719/2663-4619/111/27-32
  • Views 47
  • Downloads 0

How To Cite

Asəf Əliyev, Yadulla Həziyev, Səyyad Vəliyev, Şahin Əliyev (2025). Azərbaycanın müdafiə potensialında nəqliyyat faktorunun rolu. Scientific Work, 19(2), -. https://www.europub.co.uk/articles/-A-760727