CƏNUBİ QAFQAZDA KÖVRƏK GEOSİYASİ VƏZİYYƏT: SÜLH ÜÇÜN İMKANLAR VƏ TƏHDİDLƏR
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Məlumdur ki, Cənubi Qafqaz Avrasiyada sülh və təhlükəsizlik üçün ən mühüm regionlardan biridir. Ancaq regional sabitliyi təhdid edən bir sıra dondurulmuş münaqişələr nəticəsində bəzi region ölkələri arasında qarşılıqlı düşmənçiliyin olması Qafqazın güclü hərbiləşdirilmiş regiona çevrilməsinə gətirib çıxarmışdır. Son illər isə Cənubi Qafqazın regional nizamı dərin və dinamik transformasiyaya məruz qalıb. Bu dəyişikliklər əsasən, Qarabağ müharibəsi, Gürcüstanda daxili dəyişikliklər və hər şeydən əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində baş verib. Bu da öz növbəsində Qara dəniz regionunun sabitliyi, Qafqazla əlaqəli digər qonşu postsovet bölgələrinin (xüsusilə Rusiya və Mərkəzi Asiya) gələcəyinə və Türkiyənin inkişaf edən regional siyasətinin xarakterinə təsir göstərir. Cənubi Qafqazda köhnə nizam 2020-ci ildə sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsi ilə əsaslı şəkildə dəyişdi. Regionda güclü ölkə olan Türkiyənin dəstəyiylə Azərbaycan Qarabağda erməni separatçı qüvvələrinə qalib gəldi və ərazi bütövlüyünü bərpa etdi. Nəticədə 1994-cü ildən davam edən işğala son qoyuldu. Azərbaycan və ona siyasi-mənəvi dayaq olan Türkiyə müharibədən sonra diplomatik və siyasi müstəvidə xeyli gücləndi. İki ölkə arasında hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Ermənistan isə hərbi, siyasi və strateji məğlubiyyətə uğradı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük anti-terror əməliyyatından sonra ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan üçün siyasi mənada yeni bir dövr başladı. Ermənistan isə Azərbaycanın yuridiksiyası altında yaşamaq istəməyən və Qarabağı kütləvi şəkildə tərk edən on minlərlə erməninin köçü ilə üz-üzə qaldı. Bu araşdırmanın məqsədi ixtilafın tarixi köklərinə qısa nəzər salmaq, bölgədə baş verən son geosiyasi dəyişikliklərdən sonra tərəflər arasında imzalanması gözlənilən sülh müqaviləsi üçün real imkanları, eləcə də, buna mane ola biləcək faktorları gözdən keçirmək və dəyərləndirməkdir.
Authors and Affiliations
Turan Yusubov
PEDAQOGİKANIN PREDMETİ, FUNKSİYALARI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ, MƏNBƏLƏRİ VƏ METODOLOGİYASI
Xülasə Pedaqogika gənc nəslin təhsiinin, tərbiyəsinin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollardan bəhs edən elmdir. Bəşər cəmiyyəti yarandığı gündən yaşlı nəsil gənc nəslin tərbiyəsi qayğısına qalara...
AZƏRBAYCAN RESPUBLİKASININ ARAZ ÇAYI BOYU ƏRAZİLƏRİNDƏ SU-BATAQLIQ QUŞLARININ TREMATOD FAUNASININ TƏHLİLİ
Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikası ərazisində Araz çayı boyunca yerləşən ərazilərdə 21 növdən ibarət 108 ədəd bataqlıq quşu nümunəsi tam helmintoloji disseksiya üsulu ilə tədqiq edilmiş, nəticədə müəl...
Sosial medianın dil öyrənməsinə təsiri
Xülasə İngilis dili sinif otağında texnologiyanın tətbiqi tədris prosesini tamamilə dəyişdi. Texnologiyada yaranan tendensiyalarla müəllimlər tələbələrin dil mənimsəməsində daha səmərəli olmalarını təmin etmək üçün te...
Ensuring Economic Security in the Tourism Sector: Challenges, Digitalization, and Sustainable Development Strategies
Despite being a key contributor to global economic stability, the tourist industry is confronting more and more difficulties in the areas of sustainability, digital transformation, and economic security. While rapid di...
The Power of Data Analytics-Transforming Marketing Strategies For Fashion Brands
Relevance of the study-This study is crucial because it examines how fashion firms may use data analytics to inform their marketing choices, increasing sales and consumer engagement. In light of the fashion industry's...