Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlığında tətbiq olunan bəzi ornamentlərin türk mifologiyası ilə bağlılığı

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 4

Abstract

Məqalə Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərin türk mifologiyasında mənalarına həsr olunmuşdur. Göstərilir ki, müxtəlif növ ornamentlər qədim türklərin mifik təfəkküründə mühüm rol oynamışdır. Memar Əcəmi Naxçıvani də böyük istedadı və geniş təfəkkürü ilə yaratdığı möhtəşəm əsərlər üzərində türk mifologiyasına məxsus həndəsi və nəbati ornament növlərini həkk etmişdir. Əcəmi abidələri üzərində əks olunan hər bir ornamentin türk mifik təfəkküründə xüsusi yeri və rolu vardır. Türk xalqlarının tarixinin qədimliyi Əcəmi yaradıcılığında gözəllik simvolları sayılan bu ornamentlər vasitəsilə təzahür etmişdir. Əcəmi Naxçıvaninin inşa etdiyi və zəmanəmizəcən gəlib çatmış Yusif Küseyir oğlu və Möminə Xatın türbələri üzərində işlənmiş ornamentlər ən qədim türk tayfaları olan hunların mədəniyyətlərindən gəlmə bəzək elementləridir. Bu abidələr üzərində istifadə edilən sadə həndəsi ornamentlərdən xətlərin, çevrələrin və onlardan yaranan çoxbucaqlıların, çoxguşəli ulduzların türk mifologiyasında müxtəlif mənaları mövcuddur. Sadə həndəsi ornamentlərdən yaranan çoxbucaqlılar birləşərək ən mürəkkəb həndəsi ornamentlər olan şəbəkələri əmələ gətirmişdir. Dahi memarın inşa etdiyi abidələrdə tətbiq edilən bu divar şəbəkələrində türk ruhu hakim mövqedə dayanmışdır. Əcəmi memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı islimi adlanan nəbati ornamentlər də türk mifik təfəkkürünə aid ornamentlərdəndir.

Authors and Affiliations

Brilyant Cəfərli

Keywords

Related Articles

GLOBAL ENERGY POLICIES AND ENERGY CONTRACTS

Abstract This article examines global energy policies and energy agreements, discusses the importance of energy to countries, identifies and substantiates problems in global energy policy. Today, global energy policy...

YOVŞAN BİTKİSİNİN İN VİTRO ŞƏRAİTİNDƏ ANTİHELMİNT TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

Azərbaycan florası dərman bitkiləri ilə zəngindir. Kimyəvi preparatlardan üstünlüyü ilə fərqlənən bitki mənşəli vasitələrdən istifadə etmək daha səmərəlidir. Belə bitkilərdən olan yovşan Azərbaycan ərazisində çox geniş y...

THE ROLE, IMPORTANCE AND APPLICATION OF ARTIFICIAL INTELLIGENCE IN THE CREATION OF DIGITAL EDUCATION

Abstract The article discusses the role of artificial intelligence in digital education. At the same time, the potential of artificial intelligence to transform digital education by personalizing learning experiences,...

UŞAQLIQ MİOMASI OLAN XƏSTƏLƏRİN KLİNİK-ANAMNESTİK XARAKTERİSTİKASI

Uşaqlıq miomasının klinik simptomlarının müxtəlifliyini nəzərə alaraq, məqalədə qadınların klinik-anamnestik xarakteristikasının təhlili edilməsi qarşıya məqsəd qoyulmuşdur. Tədqiqat işi 2019-2022-ci illər ərzində Elmi-T...

Kompüter arxitekturası, kompüterlərin quruluşu və işləmə prinsipləri

Kompüter arxitekturası kompüterlərin quruluşunu, işləmə prinsiplərini və hesablama systemlərinin təşkilini araşdıran mühüm bir sahədir. Bu məqalədə kompüter arxitekturasının əsas elementləri, o cümlədən prosessorun (CPU...

Download PDF file
  • EP ID EP765936
  • DOI 10.36719/2663-4619/114/39-43
  • Views 9
  • Downloads 0

How To Cite

Brilyant Cəfərli (2025). Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlığında tətbiq olunan bəzi ornamentlərin türk mifologiyası ilə bağlılığı. Scientific Work, 19(4), -. https://www.europub.co.uk/articles/-A-765936