UŞAQLIQ MİOMASI OLAN XƏSTƏLƏRİN KLİNİK-ANAMNESTİK XARAKTERİSTİKASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 2
Abstract
Uşaqlıq miomasının klinik simptomlarının müxtəlifliyini nəzərə alaraq, məqalədə qadınların klinik-anamnestik xarakteristikasının təhlili edilməsi qarşıya məqsəd qoyulmuşdur. Tədqiqat işi 2019-2022-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun bazasında aparılmışdır. Tədqiqata müxtəlif ölçüdə və formada uşaqlıq mioması olan 200 xəstə daxil edilmişdir. I qrupa (n=50) uşaqlıq moması üzrə xərrahi müalicə aparılmış xəstələr, II qrupa (n=50) maqnitləşdirilmiş su, III qrupa (n=50) seolit tərkibli preparatla müalicə, IV qrupa isə (n=50) hormonal müalicə alan xəstələr daxil edilmişdir. Xəstələrin qruplar üzrə yaş həddi belə olmuşdur: I qrup − 35,28±6,15, II qrup − 36,24±4,62, III qrup − 37,94±5,84, IV qrup − 36,86±4,22 yaş. Beləliklə, aparılan tədqiqatdan məlum olur ki, uşaqlıq mioması olan qadınların daha çox hissəsi mərkəzdən kənar rayonlarda yaşamış olmuş, onlar arasında çalışmayan qadınların sayı üstünlük təşkil etmişdir. Başqa sözlə, qadınların hər hansı bir əməklə məşğul olub-olmamasının onda uşaqlıq miomasının inkişafında nəzərəçarpan rol oynamamışdır. Miomalı qadınlar arasında ümumi zəiflik, ürək bulanması, ağrı, taxikardiya, dizurik simptom və təngnəfəslik yüksək tezliklə aşkar edilmişdir. Bununla yanaşı, qadınlarda xəstəliyin davametmə müddəti kifayət qədər uzun olmuşdur: 6 yaş − 2 il arasında davametmə müddəti qeydə alınmışdır.
Authors and Affiliations
Ülviyyə Rasim qızı Şahmalıyeva
The Influence of the French Language on English
The English language has undergone significant evolution since its inception, influenced by various cultures and languages. One of the most notable contributors to this development is the French language. The English l...
YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ
Xülasə Məqalədə Yeni Əhdə daxil olan kitablar, onların əhatə etdiyi mövzular və İncillər arasında olan fərqlər araşdırılıb. İncillərin yazılma tarixi və müasir zəmanəmizə necə çatması maraq doğuran məsələlərdəndir. Əl...
Milli mədəniyyətimizin və ədəbiyyatımızın müqəddəs ocağı - Şuşa
Xülasə İşlədiyim mövzu Şuşanın azad olunmasında Müzəffər Ali Baş Komandanımızın gərgin əməyi və ordumuzun qəhrəmanlığından bəhs edir. Qarabağın baş tacı Şuşa artıq azaddır. Şuşamızı addım-addım gəzərək bizə fəxarət bə...
İNKLÜZİV TƏHSİLİN DƏYƏRLƏRİ
Xülasə Hər bir yeni başlanğıc istər tibbdə, istər iqtisadiyyatda, istərsə də təhsildə həmişə müsbət və mənfi cəhətlərə malik olacaqdır. Mənfi cəhətləri bilmək və onların aradan qaldırılması həmişə təkmilləşməyə kömək...
AMİQDALA HAQQINDA MÜASİR MƏLUMATLAR
Xülasə Amiqdala limbik systemin bir hissəsi olub, davranış və fizioloji təzahürlərin inteqrasiyasından məsul olan mütəşəkkil sinir sisteminin bir hissəsi kimi narahatlıq, təcavüz, qorxu, emosional yaddaş və sosial idr...