Əfzələddin Xəqani yaradıcılığında Günəş, Üfüq simvolizmi

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 3

Abstract

Məqalədə Şərq aləminin böyük şairi mütəfəkkiri Əfzələddin Xəqaninin yaradıcılığında təbiət təsvirləri müxtəlif kontekstlərdə tədqiqata cəlb olunur. Şərq ədəbiyyatında gözəl mənzərə ustası, “sübh şairi” kimi tanınan Əfzələddin Xəqaninin poetik təsvirlərində “sübhün”, “üfüqün”, “günəşin doğması”nın təsviri və tərənnümünün insanın mənəvi-psixoloji aləmi ilə bağlılığı, əhvali-ruhiyyənin təbiətlə qarşılıqlı münasibəti bədii-fəlsəfi müstəvidə araşdırılır. “Dan yeri”, “sübh”, “göyün qırmızı rəngi” və s. ənənəvi simvolların Azərbaycan ədəbiyyatşünaslığında yeri və rolu müəyyənləşdirilir, qlobal bədii aspektdə onların analoji və fərqli xüsusiyyətləri təhlil edilir. Əfzələddin Xəqaninin əsərlərində simvolların dəqiq məzmununu və konkret mətn daxilindəki funksiyasını oxucuya çatdırmaq üçün müəllif tez-tez şeirlərin orijinalına müraciət edir, tərcümədəki “itkilər” üzərində dayanır. Sənətkarın bir çox şeirlərinin kosmoloji-mifoloji layı ətraflı şəkildə tədqiqata cəlb olunmuş, xüsusilə, “Günəşə xitab” əsərinin mifopoetik ənənə bağlarının birbaşa şüuraltı düşüncənin arxaik elementləri ilə əlaqəsi müəyyənləşdirilmişdir. Dahi şairin tədqiqat mövzusuna aid olan əsərlərində etnokosmik substratların varislik istiqamətində mövcudluğu müəyyən olunur. Məqalədə, qeyd olunduğu kimi, sənətkar təbiəti bütün canlılığı ilə duymaqla bərabər, ondakı hər bir təbdülatı fəlsəfi baxımdan mənalandıra bilmiş və onun hər bir halını oxucuya iki müstəvidə-zahiri və ezoterik planda çatdırmışdır. Məqalə müəllifi XII əsrdə yaşamış Aərbaycan şairinin əsərlərinin həm də bədii-estetik xüsusiyyətləri ilə onların humanist- bəşəri dəyərləri arasındakı üzvi əlaqəni aşkarlamağa çalışır.

Authors and Affiliations

Xanım Sultanova

Keywords

Related Articles

ECONOMIC REFORMS AND THEIR IMPACT ON FOREIGN INVESTMENT IN TURKIYE

Abstract This paper tends to analyze major economic reforms taken by Türkiye since 2017, together with the effects of the same on Foreign Direct Investments (FDI). More specifically, it would be an attempt to do so th...

Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti

Xülasə Müəssisənin səmərəliliyinin strateji menecment prinsiplərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ida­rəetmə mexanizmlərinin strukturunda və müasir müəssisələrin inkişafında sürətli təkamül də­yişik­likləri ilə əl...

1989 FERGANA MASSACRE IN TURKISH NEWSPAPERS

Abstract Meskhetian Turks were subjected to forced migration twice throughout their history and were never able to return to their homeland. Although there are different ideas about the roots of the Meskhetian Turks l...

MUZEYLƏRDƏ ARXEOLOJİ MATERİALLARIN ÖYRƏNİLMƏSİ

Xülasə Arxeoloq Mari Köniqin fikrincə, arxeoloji materiallar insan varlığı boyu baş verən dəyişən şərtlərin və təsirlərin əsas sübutudur. Köniq iddia edir ki, mövcudluğumuzun ilkin mərhələlərində, sənaye dövründən əvv...

ELEKTRON HÖKUMƏTİN TƏTBİQİNİN İQTİSADİYYATIN İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ

Xülasə Bazar iqtisadiyyatı və qlobal iqtisadi tendensiyalar dövlət idarəçiliyinin müxtəlif səviyyə və sahələrində tətbiq olunan rəqəmsal həll yolları vətəndaş məmnuniyyətini və sahibkarların imkanlarının artırılmasına...

Download PDF file
  • EP ID EP763730
  • DOI 10.36719/2706-6185/45/7-11
  • Views 12
  • Downloads 0

How To Cite

Xanım Sultanova (2025). Əfzələddin Xəqani yaradıcılığında Günəş, Üfüq simvolizmi. Ancient Land, 7(3), -. https://www.europub.co.uk/articles/-A-763730