HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7

Abstract

Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hü­quq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dispozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında mü­nasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı, ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.

Authors and Affiliations

Məhəbbət Dəmirçiyeva, Mehin Musagil

Keywords

Related Articles

MÜXTƏLİF İNFLUENSERLƏRİN İSTEHLAKÇI DAVRANIŞLARINA TƏSİRİ

Xülasə Bu gün brendlər adi kommunikasiya vasitələri ilə yanaşı yeni nəsil kommunikasiya texnologiyalarından istifadə edərək, hədəf auditoriyasının üstünlüklərini və meyllərini geniş şəkildə müəyyən edirlər. Sosial med...

MÜXTƏLİF LİDERLİK ÜSLUBLARININ MOTİVASİYA ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ

Lider və liderlik anlayışları son illərdə idarəetmə sahəsində ən çox diqqət çəkən məsələlərdən biridir. Lider, təşkilatda işçiləri motivasiya etməklə təşkilatdakı səmərəliliyin artırılmasına cavabdehdir. Liderin üslubu v...

HEYDƏR ƏLİYEV ÖLKƏDƏ SOSİAL SİYASƏTİN YARADICISI KİMİ

Xülasə Azərbaycan Respublikası qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyada dövlətin ali məqsədi kimi vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması qeyd edilmişdir. Müasir dövrdə bu məqsədlə...

Respublikamızda məktəb yaşında öyrənməyi öyrənmək şəriştəsinin formalaşmasının psixoloji-pedaqoji imkanlarının müəyyən edilməsi

Məqalədə ümumtəhsil müəssisələrində şagirdlərin öyrənmə qabiliyyətlərinin inkişafına kömək edə biləcək psixoloji və pedaqoji amillərə nəzər salınır. Məqalədə erkən yeniyetmə məktəblilərin öyrənmə qabiliyyətləri üzrə in...

5G AND MULTIPLE INPUT MULTIPLE OUTPUT (MIMO) SYSTEMS

Abstract Today, wireless communication systems have made great progress both in terms of efficiency and cost. Multiple Input Multiple Output (MIMO) system is an advanced system for 5th generation and beyond technologi...

Download PDF file
  • EP ID EP747694
  • DOI 10.36719/2663-4619/104/15-19
  • Views 67
  • Downloads 0

How To Cite

Məhəbbət Dəmirçiyeva, Mehin Musagil (2024). HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI. Scientific Work, 18(7), -. https://www.europub.co.uk/articles/-A-747694