İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 6

Abstract

Xülasə Xüsusi məktəblərdə tədris-tərbiyə prosesinin təşkilində və korreksiya fəaliyyətində müəllimin rolu böyükdür. Korreksiyaedici təhsil müəssisələrində müəllim öz vəzifə və funksiyaları ilə kütləvi məktəbin müəllimlərindən fərqlənir. Müəllimin pedaqoji-peşə fəaliyyətinin çoxcəhətliliyi və çoxfunksionallığı özünü bir tərəfdən şagirdlərin təlim-tərbiyəsini dövlət təhsil siyasətinə və dövlətin verdiyi müvafiq tələblərə uyğun fəaliyyət göstərən bir dövlət qulluqçusu olmasında, ikinci tərəfdən uşağı şəxsiyyət kimi formalaşdırmaq və hərtərəfli inkişaf etdirmək məsələlərini həyata keçirən sosial işçi, digər tərəfdən isə psixi inkişaf, sensor, davranış, və s. çatışmazlıqları olan uşaqlarla iş aparan sosial pedaqoq, pedaqoq-defektoloq rolunda göstərir. Xüsusi təhsil üzrə müəllimin funksiyalarına xüsusi diqqət və fəaliyyət tələb edən şagirdlərlə aparılan korreksiya, pedaqoji prosesi təşkil etmək və onu konkret məzmunla zənginləşdirmək daxildir. Müəllim öz şagirdləri və valideynləri arasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti təmin edən ən mühüm həlqədir. Müəllim təlim-tərbiyə prosesində şagirdlərin inkişaf və davranış pozulmalarının korreksiya və profilaktika məsələlərinin həyata keçirilməsində fəal iştirakçı olmaqla bərabər, həm də onların yerinə yetirilməsi üçün əxlaqi, intellektual, fiziki və psixoloji hazırlığa malik olmalıdır. Korreksiyaedici təhsil müəssisələrində müəllim uşaqların inkişaf və davranışındakı mövcud və ya ola biləcək qüsurları aradan qaldırmağa, yaxud qarşısının alınmasına yönəldilmiş metod və üsulları seçir, təlim prosesində onlardan istifadə edir. Müəllim həmişə fəal, yaradıcı olmalı, mürəkkəb, psixo-fiziki inkişaf çatışmazlıqlı uşaqlar kimi bir kollektivə rəhbərlik edərək təlim-tərbiyə prosesində aparıcı rol oynamalıdır. Beləliklə də, korreksiyaedici müəssisələrdə çalışan müəllimlərin şəxsi və peşə keyfiyyətləri vəhdət təşkil edir.

Authors and Affiliations

Lalə Məmmədova

Keywords

Related Articles

Sığorta satışlarının auditi: effektivlik qiymətləndirilməsi və risklərin idarə edilməsi

Sığorta satışlarının auditi, satış proseslərinin effektivliyini qiymətləndirmək, riskləri müəyyənləş­dirmək və idarəetməni təkmilləşdirmək üçün vacib bir vasitədir. Bu proses şirkətin maliyyə dayanıq­lılığını, bazar stra...

MODELING THE PROCESS OF EVALUATION OF INFORMATION SECURITY RISKS BY THE APPLICATION OF COMPUTER MATHEMATICAL SYSTEMS

Abstract Problem solving on the computer first of all involves formulating the problem statement, choosing a solution method, and developing a mathematical model of the solution. The sequential execution of the consid...

GERMANŞÜNASLIQDA ANTONİM KOMPONENTLİ FRAZEOLOGİZMLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Elmi məqalədə germanşünaslıqda antonim komponentli frazeologizmlərin üslubi xüsusiyyətlərinə həsr olunmuşdur. Məqalədə tədqiqatçı qeyd edir ki, germanşünaslıqda antonimik tərkib hissəsi olan çoxlu frazeoloji v...

Women’s Economic Engagement and Gender Equality in Labour Market in Azerbaijan Republic: Obstacles and Impacts

The role of women in the workforce has evolved continuously over time. The underlying shift in society has given women more clout in current labour market. Regardless of gender, women and men may engage in social, econom...

Olİmpus qalmaqalı nümunəsİndə mühasİb peşəsİ üçün etİkanın əhəmİyyətİ

Xülasə Olympus qalmaqalı Olympus idarə heyətinin 1980-ci illərin ortalarından 1,7 milyard dollar itkisini gizlətmək planı ilə başlayır. 80-ci illərin ortalarında Yapon yeninin dollara nisbətdə yüksəlməsi yapon şirkətl...

Download PDF file
  • EP ID EP747755
  • DOI 10.36719/2706-6185/36/51-55
  • Views 70
  • Downloads 0

How To Cite

Lalə Məmmədova (2024). İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU. Ancient Land, 6(6), -. https://www.europub.co.uk/articles/-A-747755