Sığorta satışlarının auditi: effektivlik qiymətləndirilməsi və risklərin idarə edilməsi

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 3

Abstract

Sığorta satışlarının auditi, satış proseslərinin effektivliyini qiymətləndirmək, riskləri müəyyənləş­dirmək və idarəetməni təkmilləşdirmək üçün vacib bir vasitədir. Bu proses şirkətin maliyyə dayanıq­lılığını, bazar strategiyalarını və müştəri yönümlü fəaliyyətlərini daha yaxşı anlamağa imkan verir. Audit prosesində satış strategiyalarının, müştəri bazasının, müqavilə şərtlərinin və əməliyyat risk­lərinin dərin təhlili aparılır. Bununla yanaşı, satış komandalarının peşəkar hazırlıq səviyyəsi, motiva­siya mexanizmləri və istifadə olunan texnoloji həllər də qiymətləndirilir. Satış strategiyalarının qiymətləndirilməsi zamanı mövcud satış siyasətləri və marketinq yanaşma­ları analiz edilir, onların şirkətin hədəfləri ilə uyğunluğu yoxlanılır. Satış kanallarının (agentlər, brokerlər, onlayn platformalar və s.) effektivliyi və gəlirliliyi ölçülür. Müştəri bazasının təhlili vasitəsilə müştəri davranışları, sadiqlik səviyyəsi və potensial bazar imkanları müəyyən edilir. Müqavilə şərtlərinin auditi sığorta məhsullarının müştəri tələblərinə uyğunluğunu və hüquqi aspekt­lərinin nə dərəcədə risk yaratdığını qiymətləndirmək baxımından vacibdir. Əməliyyat risklərinin qiymətləndirilməsi satış prosesində potensial təhlükələrin aşkarlanmasına, fırıldaqçılıq hallarının və daxili nəzarət mexanizmlərinin effektivliyinin analizinə yönəlib. Bununla yanaşı, sığorta şirkətlərinin gəlirliliyi, satış kanallarının səmərəliliyi və müştəri məmnuniyyəti audit zamanı xüsusi diqqət yetirilən məqamlardır. Şirkətlər bu təhlillər əsasında satış performanslarını artıraraq, bazar mövqelərini gücləndirə və davamlı inkişaf strategiyaları hazırlaya bilərlər. Audit nəticələri, həmçinin satış komandalarının fəaliyyətinin optimallaşdırılması, innovativ həllərin tətbiqi və müştəri ilə daha effektiv əlaqələrin qurulmasına şərait yaradır.

Authors and Affiliations

Orxan Məmmədov

Keywords

Related Articles

Xarici siyasətdə mədəniyyət amili

Dövlətlərarası əlaqələrin həyata keçirilməsi beynəlxalq münasibətlərin inkişafı ilə müxtəlif aspektləri özündə birləşdirməyə davam edir. Hal-hazırda qloballaşma fenomeninin təsiri, KİV-lərin inkişafı ilə dünya dövlətləri...

TƏHSİL MÜƏSSİSƏSİNİN İDARƏ EDİLMƏSİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

Xülasə Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırı...

Scientific Researches in the Musical Semiotics

The main aim of this research is to explore the development and application areas of musical semiotics within the field of musicology. The study seeks to analyze how semiotic methods are aimed to understand the language...

EMI In Algeria: Theorizing As A Vehicle For The Internationalization Of Local Knowledge In The Social And Human Sciences

English has recently been adopted as a Medium of Instruction (EMI) in Algerian higher education. An important question that should be asked about this is whether or not the use of EMI will necessarily lead to a paradigm...

Press Freedom and Judicial Guarantees in Its Protection

This study delves into the vital role of the administrative judiciary in Algeria in safeguarding press freedom, focusing on its involvement in various regulatory and oversight functions. Specifically, the research examin...

Download PDF file
  • EP ID EP763803
  • DOI 10.36719/2706-6185/45/196-205
  • Views 11
  • Downloads 0

How To Cite

Orxan Məmmədov (2025). Sığorta satışlarının auditi: effektivlik qiymətləndirilməsi və risklərin idarə edilməsi. Ancient Land, 7(3), -. https://www.europub.co.uk/articles/-A-763803