İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Təqdim edilmiş məqalədə sosial şəbəkə provayderlərinin məzmun baxımından nəzarəti ilə əsas hüquq və azadlıqlar arasındakı əlaqə araşdırılaraq beynəlxalq aspektdə qiymətləndirilmiş, Azərbaycan qanunvericiliyindəki tənzimləmələr müzakirə edilmişdir. Burada bəhs edilən əsas hüquq və azadlıqlarla sosial şəbəkə istifadəsində paylaşılan məzmuna nəzarət arasındakı əlaqə müzakirə olunmuşdur. Əsas hüquq və azadlıqlar haqqında 1950-ci il Avropa Konvensiyası və Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilmiş sözügedən hüquqlar təhlil edilmiş, əsas hüquq və azadlıqların məzmun baxımından təsnifatı təhlil olunaraq, milli-hüquqi tənzimləmə üçün vacib olan redaktələrin məzmunu müəyyən olunmuş, normalarda olan çatışmazlıqlar aşkar edilmiş, onların aradan qaldırılmasına dair təkliflər təqdim olunmuşdur. Müdaxiləni tələb edən əsas hüquq və azadlıqlar qismində yaşamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, ayrı-seçkiliyin qadağan edilməsi nəzərdən keçirilmişdir. Hüquq və azadlıqların məhdudlaşdırılmasını tələb edən əsas hüquq və azadlıqlar kimi isə fikir, vicdan və din azadlığı, toplaşmaq və birləşmək azadlığı, ifadə azadlığı təhlil edilmişdir. Sözügedən məqalədə sosial şəbəkə provayderlərinin istifadəçilər tərəfindən yerləşdirilən məzmunla bağlı məsuliyyət məsələsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları məlumat və ifadə azadlığı konteksində qiymətləndirilmişdir.
Authors and Affiliations
Aysel Mürşüdlü
Yeni İT həllərinin tətbiqi bankların mənfəətliliyini necə artırır
Müasir dövrdə bank sektorunda rəqabətin artması yeni İT həllərinin tətbiqini zəruri edir. Bulud texnologiyaları, süni intellekt, blokçeyn və böyük məlumat analitikası kimi innovativ texnologiyalar bank əməliyyatlarının...
Azərbaycanın müdafiə potensialında nəqliyyat faktorunun rolu
Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsində nəqliyyat sektoru strateji əhəmiyyət daşıyır. Bu mövzu çərçivəsində ölkənin müdafiə qabiliyyətinə nəqliyyat infrastrukturunun təsiri, hərbi-logistik əməliyyatları...
DRAMA METHOD APPLICATION IN LANGUAGE EDUCATION: EXAMPLE OF ARABIC PRONOUNS
In Turkish, Personal Pronouns, Possessive Suffixes, and Genitive Suffixes are derived from the common root. However, in Arabic, they come in different forms. For this reason, students have difficulties in learning the su...
VISION, EYE DISEASES AND VISUAL IMPAIRMENT
According to forecasts, in the next decades, the global need for ophthalmic care will increase sharply, which creates a serious problem for health care systems. Despite coordinated actions during the last 30 years, signi...
MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR
Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Mu...