İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİMİZDƏ ERMƏNİSTANIN TÖRƏTDİYİ EKOSİD CİNAYƏTLƏR

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 6

Abstract

Xülasə Ermənistan 30 il ərzində Azərbaycan Respublikasına qarşı ekoloji terror hadisələri həyata keçirib. İşğal altında olan ərazilərimizdə ermənilər tərəfindən təbii sərvətlərimiz viran olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi yandırılaraq məhv edilib. Ümumilikdə Ermənistan tərəfindən regionun ekologiyasına böyük zərər vurulub. Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu ekoloji terror hadisələri nəticəsində bölgədə ciddi fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst münbit qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kəskin sürətlə azalan bitki və heyvan aləmi məhv edilib. Heyvanların yaşayış məskənləri dağıdılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib. Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində ekoloji mühitdən danışmaq belə mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycan Respublikasının deyil, ümumilikdə bölgənin təbii ekoloji mühitini təhlükə altına alıb. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji vəziyyətinə çox böyük mənfi təsir göstərib. 44 gün davam edən Vətən müharibəsi zamanı da Ermənistan döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etdi.

Authors and Affiliations

Elvina Məmmədova

Keywords

Related Articles

RESPUBLİKANIN QƏRB ZONASINDA YETİŞDİRİLƏN İNƏK VƏ CAMIŞLARIN HÖVRƏGƏLMƏ DÖVRÜNÜN GECİKMƏSİNDƏ HORMONAL PREPARATLARIN TƏTBİQİ

The aim of the research work is to study the use of hormonal preparations in delaying the calving period of cows and buffaloes breeding in the western zone of the Republic. Arousal (labido Sexuollis) is a positive mating...

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ YÜKSƏK DAĞ-MEŞƏ VƏ DAĞ-ÇƏMƏN LANDŞAFTLARININ KOSMOLANDŞAFT ÜSULLARLA TƏHLLİ

The article analyzes mountain-forest, mountain-meadow and mountain-shrub landscapes of the low and moderately mountainous of the Lesser Caucasus by satellite imagery. The development, anthropogenesis of mountain-forest,...

ФАКТОРЫ РИСКА ИНФИЦИРОВАНИЯ И ОЦЕНКА СЕПСИСА У ПАЦИЕНТОВ С ТРАВМОЙ

This study demonstrated that patients with the highest chance of infection have more comor­bi­di­ties at baseline and organ dysfunction associated with trauma. We have identified many risk factors specific to trauma pati...

MACRO ELEMENT REQUIREMENT AND FERTILIZER RECOMMENDATION ON SOIL ANALYSIS RESULTS FOR WHEAT AND SUNFLOWER AS BASIS OF OUR FOOD

In a growing world, growing polarity between the rich and the poor is getting more and more distinct, there comes a huge problem of food shortage. For many years, scientists have been working consistently, conducting res...

ROBOT CƏRRAHİYYƏSİNDƏKİ TEXNOLOJİ İNKİŞAFLAR VƏ UROLOJİ CƏRRAHİYYƏDƏKİ YERİ

2000-ci ildə Amerika Qida və Dərman İdarəsi (FDA, Food and Drug Administration) tərəfindən Da Vinci robot cərrahi sisteminin (Intuitive Surgical, Sunnyvale, CA, USA) təsdiqlənməsindən sonra son 15 ildə robot cərrahiyyəsi...

Download PDF file
  • EP ID EP759208
  • DOI 10.36719/2707-1146/33/65-71
  • Views 27
  • Downloads 0

How To Cite

Elvina Məmmədova (2023). İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİMİZDƏ ERMƏNİSTANIN TÖRƏTDİYİ EKOSİD CİNAYƏTLƏR. Nature & Science, 5(6), -. https://www.europub.co.uk/articles/-A-759208