Kibertəhlükəsizlikdə süni intellekt və maşın öyrənməsi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Süni intellekt (Sİ) və onun alt sahəsi olan maşın öyrənməsi (MÖ), kompüterlərin insan kimi düşünmə, öyrənmə və qərar qəbul etmə bacarığını təmin edən texnologiyalardır. MÖ-nün əsas alqoritmləri nəzarətli öyrənmə, nəzarətsiz öyrənmə və dərin öyrənmədir. Nəzarətli öyrənmə, etiketlənmiş verilənlər üzərində işləyərək modellərin təlimini təmin edir. Nəzarətsiz öyrənmə isə etiketlənməmiş verilənlərdə gizli strukturları aşkarlayır. Dərin öyrənmə isə insan beynini təqlid edən çoxqatlı sinir şəbəkələrinə əsaslanır və böyük verilənlərlə işləyərək mürəkkəb problemləri həll edir. Kibertəhlükəsizlik sahəsində Sİ və MÖ alqoritmləri təhlükələrin aşkarlanması, anomal nümunələrin müəyyən edilməsi və avtomatlaşdırılmış cavab sistemləri kimi mühüm funksiyaları yerinə yetirir. Məsələn, dərin öyrənmə alqoritmləri şəbəkə trafikində anomaliyaları aşkar edərək DDoS hücumlarının qarşısını ala bilir. Bununla yanaşı, Sİ sistemləri yalançı pozitivləri azaltmaq, təhlükələri proqnozlaşdırmaq və təhlükəsizlik tədbirlərini avtomatlaşdırmaq imkanı yaradır. Lakin, Sİ-nin kibertəhlükəsizlikdə tətbiqi zamanı insan amili hələ də əvəzolunmazdır. Strateji düşüncə, etik qərarlar və yaradıcı problem həlli kimi sahələrdə insan mütəxəssislərin rolu böyükdür. Gələcəkdə kibertəhlükəsizlik sahəsində insan və Sİ arasında əməkdaşlıq daha da artacaq, lakin məlumat keyfiyyəti, bacarıq boşluğu və etik məsələlər kimi çətinliklər də qarşıya çıxacaq. Beləliklə, kibertəhlükəsizliyin gələcəyi insan və Sİ-nin sinerjisindən asılı olacaq. Bu məqalədə Sİ və MÖ-nün kibertəhlükəsizliyin müxtəlif sahələrində tətbiqi, üstünlükləri və çətinlikləri araşdırılacaq.
Authors and Affiliations
Sevil Haqverdiyeva, Ceyhun Həsənov, Elnarə Kazımova, Nailə Həsənova, Anar Quliyev
MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA
Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət da...
XX ƏSR MEMARLIĞI, DÖVRÜN TANINMIŞ MEMARLARI
Xülasə XX əsrdə Azərbaycan memarlığı daha da inkişaf etməyə başladı. Azərbaycan memarlığında yeni bir mərhələ başladı. Milli memarlıq ənənələri Avropa üslubu ilə birləşərək əzəmətli və möhtəşəm abidələr ərsəyə gətirdi...
Gender Features of Mythonyms: A Systematic Analysis
This study investigates the gender features of mythonyms—names with mythological significance or symbolic function—across diverse cultural mythological systems. Through systematic analysis of linguistic markers, cultur...
BİRBAŞA XARİCİ İNVESTİSİYALARIN AZƏRBAYCAN İQTİSADİYYATINA TƏSİRİNİN TƏHLİLİ
Xülasə Bu məqalədə birbaşa xarici investisiyaların həcmi, inkişafı və Azərbaycan iqtisadiyyatına təsirləri təhlil olunub araşdırılacaqdır. Onu da qeyd edək ki, bu tədqiqat işində ilk növbədə Azərbaycan iqtisadiyyatı...
ELEMENTAR FUNKSİYALAR HAQQINDA
Xülasə Elementar funksiyalar hesablamanın öyrənilməsində yaranan ən əsas funksiyalardır. Bunlara elementar cəbrin tədqiqat obyekti olan çoxhədlilər daxildir. Daha ümumi olaraq bunlara bütün cəbr funksiyaları, eləcə də...