KOB-LARIN TƏSNİFLƏŞDİRİLMƏSİ MEYARLARININ VƏ QLOBAL İQTİSADİYYATDA ROLUNUN TƏHLİLİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Bazar iqtisadiyyatı şəraitində kiçik və orta bizneslər (KOB) ən çox müraciət olunan tədqiqat istiqamətlərdən birinə çevrilmişdir. Bu tendensiya KOB-ların qlobal iqtisadiyyatın əsas drayverlərindən biri kimi çıxış etməsi və milli iqtisadiyyatlara verdiyi töhfələrlə əlaqələndirilir. Bundan əlavə, KOB-lar digər bizneslərdən xeyli fərqlənirlər və bir sıra üstün imkanlara malikdirlər. Buraya, KOB-ların müştərilərlə sıx əlaqələrini, bazar tələbinə çevik cavab vermək potensialını və trendə uyğun innovativ məhsul və xidmətlər təklif etmək imkanlarını aid edə bilərik. Məqsəd – Azərbaycanda və Avropa Birliyində KOB-ların təsnifləşdirilməsinə dair tətbiq olunan yanaşmaları təhlil etmək və qlobal iqtisadiyyatda KOB-ların rolunu müəyyənləşdirməkdir. Metodologiya – məqalədə azərbaycanlı və xarici müəlliflərin tədqiqat nəticələrindən, eləcə də, Azərbaycan Respublikası və Avropa Komissiyası tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlar və rəsmi dövlət statistikasından istifadə edilməklə təhlillər aparılmışdır. Tədqiqatda müqayisəli təhlil, məzmun təhlili, ümumiləşdirmə və sair biznes tədqiqat metodlarından istifadə olunmuşdur. Tədqiqatın nəticələri – AB və Azərbaycanda mikro, bizneslərin təsnifləşdirilməsi meyarları arasında ümumi oxşarlıq olsa da, Azərbaycanda mikro, kiçik, orta və iri olmaqla dörd kateqoriya, AB-də isə mikro, kiçik və orta olmaqla 3 kateqoriya müəyyən olunmuşdur. Təsnifləşdirmə zamanı Azərbaycanda illik gəlir, AB-də isə maliyyə dövriyyəsi və kapital indikatorlarından istifadə olunmuşdur.

Authors and Affiliations

Ağacəfər Məmmədov

Keywords

Related Articles

Quruluşuna görə cümlə üzvlərinin xüsusiyyətləri

Tədqiqatın məqsədi. Cümlə müəyyən qrammatik qaydalara uyğun olaraq söz və ya ifadələrdən ibarət olan və bitmiş məna ifadə edə bilən dil vahididir. Cümlə məna kəsb etmək, hərəkəti və ya vəziyyəti ifadə etmək üçün məntiqi...

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQİ KONTEKSTDƏ

Xülasə Korrupsiya, ictimai və özəl sektorlarda mühüm bir problemdir. Korrupsiyaya əleyhinə Birləşmiş Millətlər Konvensiyası (UNCAC) bu problemə müstəqil bir perspektivdə yanaşmağa nail olan beynəlxalq bir sazişdir. Bu...

MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ YUMŞAQ GÜC ANLAYIŞI, ONUN YARANMA SƏBƏBLƏRİ VƏ MAHİYYƏTİ

Müasir beynəlxalq münasibətlərdə “yumşaq güc” həm dövlətlər, həm də analitiklər tərəfindən beynəlxalq məsələlərin həllində geniş yer verilən siyasətdir. Dövlət yetərincə gücə sahib olduqda, beynəlxalq arenada nüfuzlu möv...

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN-İSRAİL MÜNASİBƏTLƏRİNDƏ ROLU

Xülasə Azərbaycan və İsrail arasındakı əlaqələr qurulmağa başladığı gündən bəri daim yüksək inkişaf xəttini tutub. Xüsusilə 1990-cı illərdə, Azərbaycanın çətin dövrlərində İsrailin Azərbaycana verdiyi hərbi-siyasi dəs...

AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI

Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məq...

Download PDF file
  • EP ID EP748664
  • DOI 10.36719/2663-4619/101/107-114
  • Views 38
  • Downloads 0

How To Cite

Ağacəfər Məmmədov (2024). KOB-LARIN TƏSNİFLƏŞDİRİLMƏSİ MEYARLARININ VƏ QLOBAL İQTİSADİYYATDA ROLUNUN TƏHLİLİ. Scientific Work, 18(4), -. https://www.europub.co.uk/articles/-A-748664