Leyşmaniya parazitlərinin müxtəlif qidalı mühitlərdə in vitro inkişafının müqayisəli öyrənilməsi

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2

Abstract

Leyşmanioz Yaxın Şərq və Aralıq dənizi ölkələrində yayılmış ciddi parazitar xəstəlikdir. Xəstəli­yə qarşı vaksin hazırlanması, törədicinin dərman preparatlarına qarşı həssaslığının öyrənilməsi üçün parazitlərin in vitro kulturasının alınması xüsusi önəm daşıyır. Leishmania-nın həm ikifazalı, həm də maye mediumlarda kultivasiyası üçün geniş üsullar spektri mövcuddur. Bifaza mediumları parazitlərin ilkin təcrid edilməsi və promastiqotların yüksək yoluxu­culuğuna nail olmaq üçün, maye mühitlər isə geniş miqyaslı təcrübələr üçün daha məqsədəuyğundur. Müxtəlif tədqiqatlarda leyşmaniya parazitləri fərqli qidalı mühitlərdə kultivasiya edilmişdir. Tədqi­qatlar nəticəsində ilkin olaraq tripanosomlar üçün hazırlanmış, bifazalı və maye mühitin üstünlük­lərini özündə birləşdirən ikifazalı SNB-9 (saline-neopeptone-blood) mühitində Leishmania promas­tiqotlarının kultivasiyasının optimallaşdırılması təklif olunmuşdur. Digər tədqiqatlarda L.donovani promastiqotlarının kultivasiyası üçün hemoqlobinli, yeni, qansız bifazalı qidalı mühit; sadə agar , qidalı bulyon, 10% dana rüşeymi zərdabından ibarət medium; yüksək həyatilik qabiliyyətinə malik promastiqot kulturasını təmin edə biləcək, sadə inqredientlərdən ibarət yeni qidalı mühitlər hazırlan­mışdır. Bütün bu tədqiqatlar gələcəkdə leyşmaniya parazitlərinin kultivasiyasında istifadə edilən klassik qidalı mühitə alternativ, daha asan yolla başa gələn yeni mediumların hazırlanması baxımından çox əhəmiyyətlidir.

Authors and Affiliations

Şəhla Əliyeva, Fatma Hüseynova, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova

Keywords

Related Articles

A Method of Comparison by Identifying the Curves of Images

The research work is devoted to the comparison of pictures taken at different times. As a comparison method, it is proposed to identify objects from images as curves and compare the parameters characteristic of curves. A...

FOLKLOR ONOMASTİKASI

Xülasə Azərbaycan onomastikasında toponimlərin tədqiqi çox qədimdir. Belə ki, Azərbaycan torpağında mövcud olan şəhər, rayon, kənd, oba və digər yaşayış məntəqə adları hələ qədim dövrdən türk, ərəb, fars, gürcü, alban...

Rhizosphere Bacteria

Abstract The review is devoted to the analysis of modern literature data on rhizosphere bacteria and their role in the vital activity of plants. The structure of the rhizosphere is characterized, the role of plants as...

Biznes problemlərinin həllində informasiya təminatının rolu və əhəmiyyəti

Müasir biznes dünyasında düzgün qərar qəbul etmək müəssisələrin uğuru üçün çox vacibdir. Bu qərarların düzgün verilməsi isə məlumatın keyfiyyəti və əlçatanlığına bağlıdır. İnformasiya təminatı müəssisələrə düzgün və va...

FİKİR VƏ SÖZ AZADLIĞI: DEMOKRATİYANIN TƏMƏL DAŞI KİMİ

Xülasə Demokratik cəmiyyətlər aləmində fikir və söz azadlığının təməl prinsipləri demokratiya binasının ucaldılmasının təməl daşı kimi dayanır. Bu məqalə bu prinsiplər və demokratik idealların təmin edilməsi arasındak...

Download PDF file
  • EP ID EP761249
  • DOI 10.36719/2789-6919/42/113-117
  • Views 28
  • Downloads 0

How To Cite

Şəhla Əliyeva, Fatma Hüseynova, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova (2025). Leyşmaniya parazitlərinin müxtəlif qidalı mühitlərdə in vitro inkişafının müqayisəli öyrənilməsi. Scientific Research, 5(2), -. https://www.europub.co.uk/articles/-A-761249