METAFORA KOQNİTİV DİLÇİLİK NÖQTEYİ-NƏZƏRİNDƏN

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2

Abstract

Xülasə Dilçilik tarixində bir anlayış kimi meydana çıxdığı dövrdən indiyə qədər özündə ehtiva etdiyi məzmun-mündəricə etibarilə metafora çox geniş dəyişikliklərə məruz qalmış, müxtəlif tarixi inkişaf mərhələlərində ona müxtəlif yanaşmalar mövcud olmuşdur. Əgər əvvəllər metaforaya, ənənəvi olaraq, dil sistemində çoxmənalılığın inkişaf mexanizmi və üslubi məcaz kimi yanaşılırdısa, hazırda metafora, ilk növbədə, dildə informasiyanın strukturlaşması vasitəsi kimi, gerçəkliyin obrazlı qavranılmasını əks etdirən, dünyanın metaforik mənzərəsinin milli spesifikasını üzə çıxaran koqnitiv instrument kimi tədqiq edilir. Müasir dövrdə linqvistik-üslubi, struktur-semantik və koqnitiv istiqamətlər metafora hadisəsinin öyrənilməsinin əsas istiqamətləri kimi diqqəti cəlb edir. Bu fakt metaforanı məcaz kimi, nominasiya vasitəsi kimi, eləcə də dünyanın dil mənzərəsini yaratma vasitəsi kimi nəzərdən keçirməyə imkan verir.

Authors and Affiliations

Gülarə Quliyeva

Keywords

Related Articles

“ÜMİD QAPISI”-NIN İQTİSADİ-SOSİAL, TARİXİ-DİPLOMATİK VƏ HƏRBİ-SİYASİ ƏHƏMİYYƏTİ

Ümid körpüsü 1992-ci il mayın 28-də istifadəyə verilmiş Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərindən keçən 286 metr uzunluğunda tağlı körpüdür və Zəngəzur dəhlizinin qarşısındakı “yaşıl işıq”dır. Körpü Türkiyənin Di...

STRATEGIES OF TEACHING AND LEARNING VOCABULARY

Vocabulary is the fundamental part of language, so its mastery is one of the significant components in acquiring a second or foreign language. Also, it is one of the major challenges that foreign language learners face d...

Müasir ingilis və Azərbaycan dilində modallığın ifadə vasitələri

Xülasə Bu məqalə müasir ingilis və Azərbaycan dillərində modalılığın ifadə vasitələrini müqayisə edir. Modalılıq danışanın ifadə etdiyi fikrə və onun obyektiv reallığa olan münasibətini əks etdirən qrammatik-semantik...

ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

Xülasə Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırıl...

HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ QURUCUSU VƏ BÖYÜK MEMARI

Məqalədə tarix səhnəsində iz buraxan qüdrətli şəxsiyyət cənab Heydər Əliyevin illər ərzində formalaşan dövlətçilik praktikasının inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid prosesinində düzgün qərarların qəb...

Download PDF file
  • EP ID EP749502
  • DOI 10.36719/2663-4619/99/48-53
  • Views 56
  • Downloads 0

How To Cite

Gülarə Quliyeva (2024). METAFORA KOQNİTİV DİLÇİLİK NÖQTEYİ-NƏZƏRİNDƏN. Scientific Work, 18(2), -. https://www.europub.co.uk/articles/-A-749502