MÜASİR DEMOKRATİK DÖVLƏTDƏ SEÇKİ İNSTİTUTU
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 2
Abstract
Xülasə Məqalə müasir demokratik dövlətdə seçki sisteminin yeri və roluna həsr olunmuşdur. Burada seçki sisteminin anlayışına və onun mahiyyətinə toxunulmuş, seçki sisteminin hakimiyyətin nümayəndəli orqanlarının formalaşması prosesinə təsiri nəzərdən keçirilmişdir. Məqalədə həmçinin əsas seçki sistemləri, onların növləri və əsas xüsusiyyətləri verilmişdir. Məlum olduğu kimi, dünya ölkələri üzrə hazırda yüzdən çox seçki sistemlərindən istifadə edilir. Lakin kəmiyyət baxımından bu sistemlərdən üçü – majoritar, proporsional və qarışıq seçki sistemləri daha çox ölkələrdə tətbiq edildiyindən əsas seçki sistemləri hesab olunur. Dünya təcrübəsi onu göstərir ki, hər hansı bir ölkədə seçki sisteminin seçimi həmin ərazidə yaşayan insanların sosial-psixoloji durumu, dövlət idarəetməsinə münasibəti, ölkədəki siyasi mühitin məzmunu, xüsusilə siyasi partiyaların çoxluğu və onların fəaliyyəti ilə sıx bağlıdır. Majoritar seçki sistemi formaca daha sadə olduğundan bu seçki sistemi əksər dünya ölkələrində tətbiq olunur. Proporsional seçki sisteminə keçid üçün ölkədə siyasi partiyaların çoxluğu mühüm şərtlərdən hesab edilir. Məqalədə həmçinin qanunvericilik orqanlarının formalaşması proseslərinə təsir nöqteyi-nəzərindən əsas seçki sistemlərinin xüsusiyyətləri verilmiş, həmçinin bu sistemlərin əsas üstünlükləri və çatışmazlıqlarına toxunulmuşdur.
Authors and Affiliations
Orxan Xaspoladov
Əfzələddin Xəqani yaradıcılığında Günəş, Üfüq simvolizmi
Məqalədə Şərq aləminin böyük şairi mütəfəkkiri Əfzələddin Xəqaninin yaradıcılığında təbiət təsvirləri müxtəlif kontekstlərdə tədqiqata cəlb olunur. Şərq ədəbiyyatında gözəl mənzərə ustası, “sübh şairi” kimi tanınan Əfzə...
1900-1903-CÜ İLLƏRDƏKİ QLOBAL BÖHRANIN İLKİN ŞƏRTLƏRİ VƏ SONRAKI İLLƏRDƏKİ NƏTİCƏLƏRİ
Xülasə 1900-1993-cü illərdəki dünya böhranı, əhəmiyyətli siyasi, iqtisadi və sosial təlatümləri əhatə edən hərtərəfli və uzun bir tarix dövrüdür. Bu dövr bir neçə onilliyi əhatə edir və dünya tarixinə dərin təsir göst...
International Tourism From the Aspect of the Nordic Countries
The recent widespread use of the concept of "international tourism" and its active expression by society have led people who are inclined to travel to a number of foreign countries for various tourism purposes. Internati...
Heidegger's Ontology and Overcoming the Crisis of Technology
Heidegger's ontology and the concept of overcoming the crisis of technology are ideas that reflect the German philosopher Martin Heidegger's perspective on technology and its relationship with humanity. Heidegger argues...
MÜASİR FRANSIZ DİLİNDƏ İNGİLİS ALINMALARININ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ (KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MATERİALLARI ƏSASINDA)
Xülasə Məqalə müasir fransız dilində ingilis alınmalarının artması fenomenini geniş şəkildə araşdırır. Terminoloji əsaslar və ingilis-fransız dili əlaqələrinin tarixi detallı şəkildə tədqiq olunur. Məqalədə media sahə...