MÜASİR DÖVRDƏ İCTİMAİ TƏRƏQQİ VƏ DİLİN İNKİŞAFI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7
Abstract
Xülasə Müasir ingilis dilinin tədrisində, onun yeni kommunikativ, interaktiv və imitativ metod və üsullarından istifadə etməklə öyrənilməsində xüsusi dəyişikliklər müşahidə olunduğu üçün bu məqalə müasir ingilis dilinin inkişafının spesifik xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Müasir dövrdə baş verən qloballaşma prosesi universal hesab olunur və həyatımızın bütün sahələrini əhatə edir. Qloballaşma prosesinin dilə təsiri danılmazdır. Qeyd etmək lazımdır ki, qədim zamanlardan müasir dövrlərə qədər dünyanın bütün dilləri müxtəlif səviyyələrdə, əsasən iki proses: diferensiallaşma və inteqrasiya nəticəsində inkişaf etmişdir. Dil sosial hadisədir və insanlar arasında əsas ünsiyyət vasitəsidir. XX əsrin sonu ̶ XXI əsrin əvvəllərində ən çox yayılmış dillər ingilis və çin dilləridir. 1,5 milyard insan hər iki dildən istifadə edir. Çin dilini öyrənmək çətin olduğundan, ingilis dili dünyada qlobal dil hesab olunur. 2050-ci ilə qədər dünya əhalisinin 50 %-dən çoxu ingilis dilində danışacaq. Bu məqalədə hər bir xalqın mədəniyyəti və tarixi ilə bağlı ədəbi dilin inkişafını tənzimləyən, illər keçdikcə təkmilləşən qaydaları, o cümlədən müasir ingilis dilini zənginləşdirən və bununla da onun zənginliyini artıran informasiya-kommunikasiya texnologiyalarının gündəlik inkişafı araşdırılır. Məqalədə xüsusilə vurğulanır ki, mədəniyyətlərarası dialoq iki mədəniyyət arasında ünsiyyət deyil, onların sıx qarşılıqlı əlaqəsidir. Dil xalqın milli mədəni kodunun daşıyıcısı kimi insanların həyatında baş verən bütün əlamətdar hadisələri əks etdirir. İstənilən dilin milli-mədəni kodunun özü də leksik vahidlərdən ibarətdir. Mədəniyyətlərarası dialoq müxtəlif xalqların, mədəniyyətlərin və ölkələrin nümayəndələri, qrupları və təşkilatları arasında hörmətə əsaslanan qarşılıqlı ünsiyyəti əhatə edən bir prosesdir. Bu proses dilin lüğətinin inkişafına təsir göstərir.
Authors and Affiliations
Ələviyyə Nuri
Theoretical Exploration of the STEAM Competency Approach
Abstract This article examines the theoretical foundations of the STEAM approach and its role in developing students’ competencies. It analyzes the key components and advantages of the approach and the challenges face...
RƏQƏMSAL İQTİSADİYYATIN MÜASİR FORMA VƏ İNKİŞAFI
Xülasə Rəqəmsal iqtisadiyyatın bəzi əhəmiyyətli təsirlərini artıq indidən sadalamaq olar: əhali və biznes getdikcə onlayn qarşılıqlı fəaliyyətə, xidmətə keçir, canlı əmək robotlaşdırılmış şəkildə həyata keçirilir, yen...
DEFINITION OF INFORMATION TECHNOLOGIES AND TYPES OF CRIMES COMMITTED THROUGH THEM
Abstract The field of information technologies, as well as the related legal fields arising from the need to regulate this field - information law, information technology law, internet law, cyber law are not only a ne...
AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR)
Xülasə Məqalədə 1948-1953-cü illərdə azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsindən və bunun ağır nəticələrindən bəhs olunur. Azərbaycan xalqına, onun torpaqlarına edilmiş ədalətsizliklərin baş alıb...
Comparative Analysis of AI-Generated Verses: Imitating Edgar Allan Poe’s Literary Style
Literature and creative writing are two areas where artificial intelligence (AI) is opening new avenues and is questioning the entire idea of authorship and artistry. This work demonstrates how generative AI, and more sp...