TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İKT AVADANLIĞI İLƏ TƏMİNOLUNMA PROSESİNİN SƏMƏRƏLİ TƏŞKİLİ
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 12
Abstract
Xülasə İnteraktiv təlim üsullarından və dərsdə İKT-nin istifadəsindən bir sıra müsbət nəticələr alınır. Şagirdlərlə yuxarıda sadalanan metodlardan istifadə etməklə dərs aparıldıqda, onlarda düşünmə qabiliyyəti yüksəlir, onların təfəkkürləri bir neçə istiqamət üzrə inkişaf edir: Şagirdlərdə şəxsilikdən ictimailiyə; asılılıqdan müstəqilliyə; İKT-dən istifadə vərdişlərinə; intuisiyadan məntiqə; tək fikirlilikdən alternativliyə; yaradıcılığa və vizual effektlərə; müstəqil tədqiqat işlərinin aparılması vərdişlərinə; analiz etmə, araşdırma, dərketmə və ümumiləşdirmə qabiliyyətinə; ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığına; təbiətə sevgi və onun qorunması istəyinin dərinləşməsinə; kompüter proqramları ilə tanışlığa; şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığına; auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyətinə doğru inkişaf müşahidə olunur. Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır. İKT-dən istifadə zamanı bir sıra problemlər yaranır. Bir faktı nəzərə almaq lazımdır ki, bugün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi gedir. Əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması nəzərdə tutulurdusa, bugün artıq söhbət noutbukların, interaktiv lövhələrin alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompyuter asılılığının əmələ gələ bilməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması, elektron təhsildə bir sıra müəllimlərin özavtoritetlərinin aşağı düşəcəyindən qorxması, yaşlı müəllim heyətinin kompyuterdə işləməyə az meyilli olması da neqativ amillərdəndir. Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxan sinif şagirdlərinin kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı uşaqların əylənməsinə yol açır. Bu zaman şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə və ya oyun oynamaqla məşğul olurlar, İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin belə “hiylələrindən” xəbəri olmur. Kompüter texnologiyalarının multimediya imkanlarının biologiyanın tədrisində düzgün istifadəsi, informasiyanın bir neçə kanalından eyni vaxtda istifadə etməyə imkan verir. Şagird təlim materialını həm görür, həm eşidir, həm fəal surətdə materialın mənimsənilməsinə cəlb edilir. Bu amillər şagirdlərin təfəkkür fəallığının yüksəlməsinə səbəb olur.
Authors and Affiliations
Pərvin Qafarova
HYPERBOLE AS A PERSUASIVE TOOL
Abstract Exaggeration used for emphasis is known as hyperbole in writing and speaking. Exaggerations that are clearly meant to highlight a point rather than be accepted literally are typically found in hyperbolic comm...
ƏBDÜLHƏQ HAMİD TARHANIN POEZİYASINDA ŞƏHƏR MÖVZUSU
Xülasə Əbdülhəq Hamid türk ədəbiyyatının birmənalı şəkildə olduqca maraqlı və güclü sənətkarlarından olmuşdur. Onun ədəbiyyata qazandırdığı yeniliklər, gətirdiyi yeni mövzular, ədəbi prosesdə fəal iştirakı, ölkənin h...
Heidegger's Ontology and Overcoming the Crisis of Technology
Heidegger's ontology and the concept of overcoming the crisis of technology are ideas that reflect the German philosopher Martin Heidegger's perspective on technology and its relationship with humanity. Heidegger argues...
International Tourism From the Aspect of the Nordic Countries
The recent widespread use of the concept of "international tourism" and its active expression by society have led people who are inclined to travel to a number of foreign countries for various tourism purposes. Internati...
TAM ORTAQLIĞIN XÜSUSİYYƏTLƏRİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ
Xülasə Məqalədə kommersiya təşkilatlarının bir növü hesab edilən tam ortaqlığın xüsusiyyətləri və üstünlüklərindən bəhs olunur. O, ortaqların hər birinin idarəetmədə iştirakı rahatlığı və risklərin bölüşdürülməsi məsə...