TRACECA və Böyük İpək Yolu: Azərbaycan vasitəsilə Qafqaz və Avropa-Asiya əlaqələri
Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 3
Abstract
TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) tarixi "Böyük İpək Yolu"nun bərpasını və inkişafını hədəfləyən mühüm nəqliyyat və ticarət layihəsidir. Bu təşəbbüs Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin gücləndirilməsində strateji rol oynayır. TRACECA layihəsi, region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tranzit potensialının artırılması baxımından əhəmiyyətli bir platformadır. Digər tərəfdən, Çin Xalq Respublikası tərəfindən irəli sürülən "Bir Kəmər, Bir Yol" təşəbbüsü isə daha geniş miqyasda qlobal ticarət marşrutlarının bərpasını nəzərdə tutur və bu kontekstdə TRACECA ilə müəyyən dərəcədə paralellik təşkil edir. Azərbaycan, hər iki böyük təşəbbüs çərçivəsində mühüm tranzit ölkə kimi çıxış edir. Ölkənin geostrateji mövqeyi, Xəzər dənizi üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə seçilir. TRACECA və "Böyük İpək Yolu"nun bərpası bir-birini tamamlayan layihələr kimi Qafqaz regionunda nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfələr verir. Bu proses, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına, regional əməkdaşlığın gücləndirilməsinə və enerji resurslarının dünya bazarına çıxışının genişləndirilməsinə imkan yaradır. Beləliklə, TRACECA və "Böyük İpək Yolu" layihələrinin bərpası Azərbaycan üçün həm iqtisadi dividendlər, həm də strateji üstünlüklər təmin edən mühüm beynəlxalq təşəbbüslərdən biridir.
Authors and Affiliations
Bahar Şirinova
A Refinement on the Work “Mashhad Abir” (A Brief Scene) by Fawwaz Haddad
Emerging thr novel in Syria as a result of exposure to the innovations in Western culture that began with Napoleon’s invasion of Egypt.In the following period, French influence increased in the literatures of Egypt, Leba...
KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...
Qəbələ RLS-si və raket əleyhinə müdafiə sistemləri ilə bağlı Rusiya-ABŞ əməkdaşlığı problemi
2002-ci ildə ABŞ-nin 1972-ci il Raket əleyhinə müdafiə sistemləri ilə bağlı müqaviləsindən çıxması ona NATO ölkələrinin strateji təhlükəsizliyini təmin etməli olan qlobal milli raketdən müdafiə sisteminin yaradılması pro...
Azərbaycanda sığorta bazarının fəaliyyətinin təhlili
Xülasə Maliyyə sisteminin tərkib hissəsi olan sığorta – bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətəndaşların şəxsi h...
Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası
Xülasə Məqalədə Xalq şairimiz Məmməd Arazın mənsub olduğu xalqa dərin məhəbbəti, vətənpərvərlik ideyaları fonunda Azərbaycançılıq ideologiyasının mühüm aspektləri işıqlandırılmışdır. Azərbaycanın poetik dünyasına xid...