YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Məqalədə Yeni Əhdə daxil olan kitablar, onların əhatə etdiyi mövzular və İncillər arasında olan fərqlər araşdırılıb. İncillərin yazılma tarixi və müasir zəmanəmizə necə çatması maraq doğuran məsələlərdəndir. Əlbəttə ki, dörd sinoptik qəbul edilən Matta, Mark, Luka ,Yəhya İncillərinin fərqli şəkildə yazılmağına baxmayaraq, onlar bir rəsmin parçaları kimi bir-birini tamamlayır və İsa peyğəmbərin həyatını, onun nəyi təbliğ etdiyini özündə əks etdirir. Araşdırmalara görə ən qədim İncilin Mark İncili olduğu qeyd edilmişdir, sonra Matta İncili, üçüncü olan Luka İncili isə ilk iki incilə əsaslanır. Ancaq hər üç incilin Arami dilində günümüzə gəlib çatmayan bir İncilə əsaslandığı qəbul edilir. Bu səbəbdən sinoptik incillərin bir-birinə bənzəmələrinin tək səbəbi istifadə etdikləri müştərək qaynaqlardır. İsa peyğəmbərdən sonra onun tələbələri Matta, Mark, Luka və Yəhya onun yolunu davam edərək xristianlığı təbliğ etmiş və sinoptik qəbul edilən incilləri yazıya almışlar. Bu zamana qədər onların təbliğatı şifahi şəkildə idi. Barnaba İncili kilsənin səhih saymadığı incildir və Yeni Əhdə daxil edilməyib. Bu İncil Allahın birliyini, İsanın İlah deyil Allahın qulu və rəsulu olduğunu bildirir. Bu İncildə olan məlumatlarla Qurani-Kərimdəki məlumatlarda uyğunluqlar vardır. Səhih sayılmayan Apokrif mətnlər Yeni Əhdə daxil deyil. Ehtimal olunur ki, bu mətnlər II-III əsrdən sonra yazılıb. Kanonik hesab edilməsə də, ilk Xristian həyat və düşüncəsini əks etdirdiyinə görə Xristianlar üçün önəmli İncillər hesab olunurlar.

Authors and Affiliations

Gülnarə Əsədullayeva

Keywords

Related Articles

Yeni model biznes infrastrukturlarının əsas komponentlərinə baxış

Sabit biznes infrastrukturu idarə olunan, gəlirli artımı təmin etmək üçün lazım olan bütün insan resurslarının, proseslərin və digər əməliyyat vasitələrinin düzgün əlaqələndirilməsini təmin edir. Bu, gözlənilməz böyümə...

Tək lifli iki istiqamətli ötürmə üçün yeni texnologiyalar

Xülasə Fiber optik rabitə texnologiyası, məlumatların sürətli və az itki ilə ötürülməsini təmin edir. Ənənəvi genişzolaqlı ötürmə sistemləri ilə müqayisədə daha yüksək sürət və səmərəlilik təqdim edir. Optik liflər, n...

AZƏRBAYCANDA TURİZM SƏNAYESİ PERSPEKTİVİNDƏ DÖVLƏT SİYASƏTİ

Xülasə Azərbaycanın turizm sənayesi son illərdə ölkənin canlı turizm məkanı kimi tanıdılmasına yönəlmiş əlverişli dövlət siyasəti nəticəsində əhəmiyyətli artımın şahidi olmuşdur. Azərbaycan hökuməti infrastrukturun...

AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFI

Xülasə Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yer...

Competency-Based Approach to Education and its Impact on Quality

The article distinguishes educational competencies from among the competencies, emphasizes the importance of forming competencies that will be needed for subsequent periods of time during the education period. The comp...

Download PDF file
  • EP ID EP748922
  • DOI 10.36719/2663-4619/100/125-132
  • Views 85
  • Downloads 0

How To Cite

Gülnarə Əsədullayeva (2024). YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ. Scientific Work, 18(3), -. https://www.europub.co.uk/articles/-A-748922