VAHİD ƏZİZ ŞEİRLƏRİNİN ONOMASTİKASI

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7

Abstract

Xülasə Dilçiliyin gənc sahəsi olan onomastik leksikanın öyrənilməsi daim aktual məsələlərdən olmuşdur. Bu mənada şair və yazıçıların əsərləri onomastik vahidlərin öyrənilməsində mühüm rol oynayır. Məqalədə Xalq şairi Vahid Əziz poeziyasının onomastik leksikası təhlilə cəlb edilmişdir. Şairin poeziyasında toponimlər, antroponimlər, hidronimlər işləkliyi ilə diqqəti cəlb edir. Söz sənətkarı antroponimlərdən üslubi priyom kimi istifadə etsə də, eyni zamanda oxucularını tarixi şəx­siyyətlərimizi tanımağa çağırır. Belə ki, Babək, Koroğlu, Cavad xan və digər xalq qəhrə­manlarının adını yad etməklə, həm Azərbaycan xalqının görkəmli nümayəndələrini xatırladır, həm də xalqın qəhrəmanlığını simvolizə edir. Şairin şeirlərində Azərbaycan və Qarabağ toponimləri ən uca zirvədədir. “Qarabağ” toponimi Vahid Əziz şeiriyyətində azadlıq rəmzidir. Şairin şeirlərində demək olar ki, Qarabağın bütün ərazilərinin adlarına rast gəlirik. Şuşa, Cıdır düzü ən çox adları çəkilən toponimlər sırasındadır. Zəngəzur toponiminə müraciət edərkən tarixə ekskurs edən şair Azərbaycanın ikiyə bölünməsinə etiraz edir və Zəngəzuru tarixi Azərbaycan torpağı kimi vəsf edir. Nəticə olaraq deyə bilərik ki, Vahid Əziz poeziyasında xüsusi adların işləklik dairəsi genişdir və bədii ədəbiyyatda xüsusi çəkiyə malik onomastik vahidlərin öyrənilməsi onomalogiya üçün xüsusi əhəmiyyət kəsb edir.

Authors and Affiliations

Gülnar Rzayeva

Keywords

Related Articles

XƏTTİ FƏZA, QRUP, HALQA VƏ MEYDAN ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİ METODİKASI

Xülasə Məqalə qrup, halqa və meydan anlayışlarının öyrədilməsi yollarına həsr olunub. Məlumdur ki, riyaziyyat elmi inkişaf edir. Müasir riyaziyyat qruplar nəzəriyyəsi üzərində qurulan cəbri sistemləri öyrənir. Ona gör...

Bankların maliyyə möhkəmliyinin təhlilinin nəzəri-metoroloji aspektləri

Xülasə Məqalənin məqsədi kommersiya banklarının maliyyə sabitliyinin mahiyyətini, qiymətləndiril­məsinin göstəricilər sistemini öyrənmək və əsaslandırmaq, həmçinin onların üstünlüklərini və çatış­mazlıqlarını müəyyən...

TAM ORTAQLIĞIN XÜSUSİYYƏTLƏRİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ

Xülasə Məqalədə kommersiya təşkilatlarının bir növü hesab edilən tam ortaqlığın xüsusiyyətləri və üstünlüklərindən bəhs olunur. O, ortaqların hər birinin idarəetmədə iştirakı rahatlığı və risklərin bölüşdürülməsi məsə...

INTERNATIONAL INVESTMENT LAW AND ARBITRATION: EXPERIENCE ON THE LEGISLATION OF THE REPUBLIC OF AZERBAIJAN AND ICSID DECISIONS

Abstract This essay provides a comprehensive overview of international investment law, highlighting its evolution from customary norms to a structured legal framework. It discusses the rise of international investment l...

ŞAGİRDLƏRİN İDRAK FƏALLIĞININ ARTIRILMASINDA MÜƏLLİMİN, ŞAGİRDİN VƏ VALİDEYNİN ƏMƏKDAŞLIĞININ ROLU

Xülasə Müəllim və valideyn əməkdaşlığı, təhsil sisteminin əhəmiyyətli bir hissəsidir və şagirdlərin idrak feallığını artırmağa istiqamətlənmiş əsaslı bir rola sahibdir. Bu əməkdaşlıq, tələbələrin bədii, ruhani, və sos...

Download PDF file
  • EP ID EP747670
  • DOI 10.36719/2706-6185/37/58-65
  • Views 45
  • Downloads 0

How To Cite

Gülnar Rzayeva (2024). VAHİD ƏZİZ ŞEİRLƏRİNİN ONOMASTİKASI. Ancient Land, 6(7), -. https://www.europub.co.uk/articles/-A-747670