Fransız dilində feili metaforalar
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10
Abstract
Xülasə Metafora leksik məcaz növlərindən biridir. Sözlərin polisemiyası onların metaforlaşmasına imkan verən əsas xüsusiyyətdir. İsim və sifətlərdə olduğu kimi feillərin də metaforlaşması mövcuddur. Feillər cümlədə əlaqəyə girdiyi sözdən asılı olaraq metaforlaşa bilirlər. Bu ilk növbədə həmin feillərin çoxmənalılığından irəli gəlir. Metaforlaşma zamanı hər hansı əşya və hadisəyə məxsus keyfiyyət, xüsusiyyət başqa əşya və hadisə üzərinə köçürülür. Feilin metaforlaşması onun müstəqim yəni həqiqi və köçürmə mənalarının birləşməsindən yaranır. Bu zaman feil məcazi məna ifadə edir. Metaforik feilin mənasını müəyyənləşdirmək üçün onun hansı sözlə işlənməsinə diqqət yetirmək lazımdır. Metaforlaşma zamanı feil öz həqiqi mənasından tamamilə uzaqlaşmır. Feli metaforalar dilin lüğət tərkibini zənginləşdirməklə yanaşı, bədii ədəbiyyat üçün geniş şəkildə obrazlı ifadələrin yaradılmasına xidmət edir. Müasir dövr bədii ədəbiyyatında feli metaforaların geniş istifadə olunması fransızdilli yazıçı Erik – Emmanuel Şmitdin əsərlərindən gətirilmiş nümunələrlə göstərilmişdir. Fransız dilində feli metaforalar bədii ədəbiyyatla yanaşı danışıq dilində də geniş istifadə olunur.
Authors and Affiliations
Şəhanə Əsgərova
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ZAMANI İDİOMLARIN TƏRCÜMƏ PRİNSİPLƏRİ
Xülasə Məqalə İngilis dilindən Azərbaycan dilinə tərcümə zamanı idiomların tərcümə prinsipləri mövzusuna dair mövcud mülahizə, fikir və baxışların şərhinə həsr olunub. Məlumdur ki, tərcümə geniş mənada beynəlxalq mədə...
AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ
Xülasə Müasir metafora nəzəriyyəsinə görə, metaforizasiyanın əsasını iki konseptual sahənin - mənbə sferasının və hədəf sferasının (və ya maqnit sferasının) qarşılıqlı əlaqəsi təşkil edir. Bu anlayışlar metaforanın fə...
TRENDS IN THE IMPACT OF DIGITIZATION ON ECONOMIC SECTORS IN THE MODERN ERA
Abstract The post-pandemic period has led to an increase in the urgency of numerous problems and challenges related to digitization. This article first examines the theoretical foundations of digitization, or rather,...
TƏHSİL MÜƏSSİSƏSİNİN İDARƏ EDİLMƏSİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
Xülasə Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırı...
Press Freedom and Judicial Guarantees in Its Protection
This study delves into the vital role of the administrative judiciary in Algeria in safeguarding press freedom, focusing on its involvement in various regulatory and oversight functions. Specifically, the research examin...