Müstəqillik dövründən sonra Azərbaycan teatrında mövcud olan tendensiyalar

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 5

Abstract

Müstəqillik dövründən sonra Azərbaycan teatrında fərqli üslublar ortaya çıxmağa başlayır. Xüsusilə də, Sovet dövründən sonra milli irsə, milli pyeslərə yenidən müraciətlər olunur. Həmçinin dünya teatrında gedən proseslər, yaranan yeni teatr istiqamətləri Azərbaycan teatrına təsir etməyə başlayır. Sözügedən zaman çərçivəsində novator rejissorlar bu prosesdə yaxından iştirakı ilə seçilib. Həmin dövrdən etibarən Azərbaycan teatrında Hüseynağa Atakişiyevin, Vaqif İbrahimoğlunun, Azər Paşa Nemətovun, Cənnət Səlimovanın, Mehriban Ələkbərzadənin, Bəhram Osmanovun, Bəxtiyat Xanızadənin yaradıcı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Adlarını qeyd etdiyimiz rejissorlarımız sənətdə hər zaman peşəkar fəaliyyətləri ilə seçilib. Hətta onların bir qismi fəaliyyətləri nəticəsində Azərbaycanda yeni üslublu teatrlar yaratmışdılar. Bu teatrlardan Bakı Kamera Teatrının, YUĞ Teatrının, Pantomima Teatrının adlarını qeyd edə bilərik. Teatr tariximizə nəzər yetirdikdə görürük ki, bu teatrlardan bir qismi təəssüflər olsun ki, öz fəaliyyətini başa vurub. Lakin onlar arasından bəziləri isə bu gün də fəaliyyətini davam etdirir və teatr mədəniyyətimizdə önəmli yer tutur. Bu baxımdan teatr tariximizdə Müstəqillik dövründən sonrakı mərhələ önəmli rola malikdir.

Authors and Affiliations

Suray Ömərova

Keywords

Related Articles

YERLİ ÖZÜNÜİDARƏETMƏNİN NƏZƏRİ-HÜQUQİ ƏSASLARI

Xülasə Yerli özünüidarəetmə qloballaşan dünyada yerlərdə idarəçiliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik olan institutlardandır. Məqalədə yerli özünüidarəetmənin tarixi nəzəriyyələri, Avropada və Azərbay...

Azərbaycan iqtisadiyyatının birbaşa xarici investisiya üçün cəlbediciliyinin qiymətləndirilməsi

Xülasə Bu tədqiqatda qeyri-səlis ekspert sistemindən istifadə edərək Azərbaycan iqtisadiyyatının bir­başa xarici investisiya (BXİ) üçün cəlbediciliyi qiymətləndirilir. BXİ-nin iqtisadiyyata axınını müəyyən edən əsas a...

Nizami yaradıcılığında atəşpərəstlik simvolikası

Nizami "Xəmsə"sinin əsas qaynaqlarından biri Zərdüştlük dini və bu dinin müqəddəs kitabı olan Avestadır. Şairin yaradıcılığında atəşpərəstlik fəlsəfəsi ilə yanaşı, simvolik elementləri də öz əksini tapmışdır. Məqalədə...

Competency-Based Approach to Education and its Impact on Quality

The article distinguishes educational competencies from among the competencies, emphasizes the importance of forming competencies that will be needed for subsequent periods of time during the education period. The comp...

HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI

Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik...

Download PDF file
  • EP ID EP769130
  • DOI 10.36719/2663-4619/115/156-158
  • Views 2
  • Downloads 0

How To Cite

Suray Ömərova (2025). Müstəqillik dövründən sonra Azərbaycan teatrında mövcud olan tendensiyalar. Scientific Work, 19(5), -. https://www.europub.co.uk/articles/-A-769130