Türk dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsinin Azərbaycan modeli

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 5

Abstract

Türk xalqlarının tayı-bərabəri olmayan zəngin tarixi, mədəniyyəti və ortaq dəyərlərinin təbliğ edilməsi müasir günümüzdə böyük əhəmiyyət kəsb etməkdədir. Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dəyərlərin qarşılıqlı əlaqəsi günümüzün vacib prioritet məsələsi hesab olunur. Türk xalqlarının ümumtürk irsinin qorunub yaşadılması və eyni zamanda gələcək nəsillərə miras buraxılması yönündə fəaliyyəti daha da dərinləşməli və genişləndirilməlidir. Bəllidir ki, Türk xalqlarının qədim tarixləri və birgə mədəniyyətləri mövcuddur. Bu mədəniyyət Asiyada, həmçinin Avropanın bəzi yerlərində yayılmışdır. Bu böyük coğrafiyada təşəkkül tapmış Türk xalqlarının mədəniyyətləri coğrafi nöqteyi-nəzərdən biri-digərindən fərqli olsa da, demək olar ki, eyni və oxşar mədəni irsə sahibdirlər. Min illiklər boyu bütün dağıdıcı təsirlərə sinə gərən, qonşu mədəniyyətlər və sivilizasiyalarla qarşılıqlı zənginləşmə şəraitində inkişaf edən türk mədəniyyəti və ortaq dəyərləri hər zaman öz ahəngdarlığını qoruyub saxlamış və gələcək nəsillərə mükəmməl bir irs kimi ərmağan edilmişdir. Dünyanın bir çox filosoflarının və kulturoloqların fikrincə, XXI əsr türk mədəniyyəti və sivilizasiya əsri olacaqdır. Müasir qloballaşma şəraitində müasir dünya sivilizasiyaları və mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələr xüsusi əhəmiyyət kəsb etməkdədir. Türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsi onları demək olar ki, bir-birinə daha da yaxınlaşdıran ən mühüm amil hesab oluna bilər. Bu məqalədə Türk xalqlarının ortaq mədəniyyətləri və xüsusilə də qastronomiya sənətinin turizmə təsirinin Azərbaycan modelindən bəhs olunmuşdur.

Authors and Affiliations

Rəfiqə Əzizova

Keywords

Related Articles

Hüseyn Cavid dili Azərbaycan dilinin soykökünə dönüşdür

Məqalədə Hüseyn Cavidin türk ədəbi dilinə münasibətindən bəhs olunur. Müstəqil düşüncə sahiblərindən olan Hüseyn Cavidin Azərbaycan ədəbi dilində özünəxas və seçkin mövqeyi vardır. O, Azərbaycan ədəbi dilinin mürəkkəb...

HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI

Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik...

STANDARDIZED TERMS OF CONTRACT IN THE CONTEXT OF UNFAIR CONTRACT TERMS

Abstract Due to the shifting social norms, cultural standards, and demands in today's world, the law is also changing and attempting to strike a balance between justice and modern solutions. The notion of freedom of c...

Intercultural Competence and Linguistic Imperialism in an English Textbook: A Decolonial Perspective from Uzbekistan

This study critically evaluates the 10th-grade English language textbook currently used in Uzbekistan’s public high schools from a decolonial perspective. Drawing upon the frameworks of Intercultural Communicative Comp...

Bioremediation Effect of P.australis, P.aeruginosa, and B.subtilis on Heavy Metals

Abstract Water is essential for life and if water is polluted with heavy toxic metals, it needs to purify to clean the environment. Biological remediation is an effective and eco-friendly way to get rid of metallic co...

Download PDF file
  • EP ID EP769101
  • DOI 10.36719/2663-4619/115/111-115
  • Views 3
  • Downloads 0

How To Cite

Rəfiqə Əzizova (2025). Türk dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsinin Azərbaycan modeli. Scientific Work, 19(5), -. https://www.europub.co.uk/articles/-A-769101